Ağdamda əkin sahəsində qəbir aşkarlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun Mirəşəlli kəndində kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən ərazidən böyük daş parçası çıxıb və əkin sahəsində məzara olduğu məlum olunub.
Ağdam rayonu icra başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev bildirib ki, əraziyə hüquq mühavizə orqanları baxış keçirib.
Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid uzunluğu 1.90 metr eni 0.60 metr olan antiq qəbirdir.
Milli.AZ
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun