"Bir neçə gün əvvəl Azərbaycanda idik. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uğurla apardığı yenidənqurma işlərinin şahidi olduq".
Qutb.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Zəngilan hava limanının açılışını etdik. Dəmir yolu layihələrinin təməlini qoyduq", - Çavuşoğlu bildirib.
Qeyd edək ki, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin dövlət və hökumət rəsmiləri iştirak ediblər.