Türkiyəli məşhur müğənni və aktrisa Şevval Sam ötən axşam Kiprdə sevənləri ilə görüşüb. “Yasak Elma” serialındakı "Ender" obrazı ilə yadda qalan ulduz onu dinləməyə gələnlərə unudulmaz bir gecə yaşadıb.
Publika.az xəbər verir ki, konsertdən əvvəl mətbuat nümayəndələri ilə görüşən Şevval Sam onların suallarını cavablandırarkən diqqətçəkən açıqlamalar verib.
Gözəl aktrisa və müğənni konserti zamanı kövrək anlar yaşayıb. O, hisslərini pərəstişkarları ilə bölüşüb.
"Çox səhv etdim. Yıxıldım, sonra yenidən ayağa qalxdım. Uğur qazandım, uğursuz da oldum. Bütün bunlar mənim üçün bir təcrübə idi. Kaş etməsəydim, deyəcək qədər böyük səhv etmədim həyatımda. Mən insanların gözü qarşısında böyüdüm. Bu məni Türkiyədə hamının sevimlisi etdi. Hər kəsə nəsib olmayan xosbəxtlikdir”.
Cəmilə