Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İlxom Abduraxmon ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə Qütb.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.