Fransada "Perrier" şirkətinə məzsus iki milyon butulka su məhv edilib.
Publika.az xəbər verir ki, ölkənin cənubundakı Qar departamentində quyuların birində bakteriya aşkar edilib. "Franceinfo" radiostansiyasının məlumatına görə, quyu 2024-cü ilin martında Fransanın cənub-şərqinə təsir edən Monika qasırğasının gətirdiyi yağıntılar səbəbindən çirklənib.
İşləyən yeddi quyudan birində bağırsaq çöpü bakteriyaları aşkar edildiyi üçün Qar departamentin prefekti "Nestlé"dən işini dərhal dayandırmağı xahiş edib və iki milyon butulka məhv edilib.
İstehsalçıların dediyinə görə, "Perrier" Oksitaniya bölgəsindəki Verjez şəhəri yaxınlığındakı "Source Perrier"dən Roni çayının münbit düzənliyinin üstündəki təpələrdə qablaşdırılır. Vaxtilə burada mövcud olmuş vulkanik fəaliyyət sayəsində quyu bilavasitə yeraltı qazla zənginləşir və "Perrier" qabarcıqları xüsusi köpük əldə edir.