Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 684,78 milyon kubmetr təbii qaz ixrac edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 10,24 % çoxdur.
Bu ilin iyul ayında Azərbaycan Türkiyəyə 1 milyard 004,08 min kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 13,65 % çoxdur.
Bununla da iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 28,09 %-i Azərbaycanın payına düşüb.