Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi "2024 Qlobal Hepatit Hesabatı"nda hepatitdən ölüm hallarının artdığı və dünyada hər gün 3500 nəfərin bu infeksiyalardan öldüyü bildirilib.
Publika.az xəbər verir ki, hesabatda hər il 1 milyon 300 min insanın hepatitdən öldüyü vurğulanıb. Dünyada yoluxucu xəstəliklərdən ölüm hallarının ikinci ən böyük səbəbi hepatit olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının 187 ölkədən aldığı yeni məlumatlara əsasən, xroniki hepatitdən ölənlərin təxmini sayı 2019-cu ildəki 1,1 milyondan 2022-ci ildə 1,3 milyona yüksəlib: “Bu ölümlərin 83 faizinə hepatit B, 17 faizinə isə hepatit C-dir səbəb olur".
Bundan əlavə, hesabatda xroniki hepatit B və C infeksiyalarının yarısının 30-54 yaş arasında, 12 faizinin isə 18 yaşa qədər uşaqlar arasında olduğu bildirilib.
Hesabatda həmçinin 2030-cu ilə qədər xroniki hepatitin aradan qaldırılması üçün test və diaqnostikaya çıxışın genişləndirilməsi və innovativ maliyyələşdirmənin səfərbər edilməsi kimi tövsiyələr də yer alıb.
Roza Şəfiyeva