25.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Məhkəmə qəbul etdi - İmamoğlunu 2352 ilə qədər həbs gözləyir

25 noy 2025 14:00
DÜNYA
ads

İstanbul bələdiyyəsində korrupsiya işi ilə bağlı ittiham məhkəmə tərəfindən qəbul edilib.

Qutb.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. İstanbulun həbsdə olan meri Əkrəm İmamoğlu ilə əlaqədar aparılan istintaq çərçivəsində məhkəmə 402 şübhəliyə, o cümlədən həbsdə olan 105 şəxsə qarşı ittihamnamə qəbul edib.

İmamoğlu üçün 828 il 2 aydan 2352 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.

O, “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq”, “şəxsi məlumatların qeydə alınması”, “şəxsi məlumatları əldə etmək və yaymaq”, “cinayət sübutlarını gizlətmək”, “məlumatları gizlətmək”, “rüşvətxorluq”, “çalışdırıcı məlumatların açıq şəkildə yayılması”, “hədə-qorxu ilə tələb etmə”, “dövlət qurumlarının və təşkilatlarının zərərinə dələduzluq”, “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması”, “tenderlərin saxtalaşdırılması”, “ətraf mühitin qəsdən çirkləndirilməsi” və Vergi Prosessual Qanununun, Meşə haqqında Qanunun və Mədən Qanununun pozulmasında ittiham olunur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur