Türkiyənin müxalif İyi Partiyası prezident Ərdoğanın keçmiş şəxsi həkimini Balıkəsir bələdiyyə başqanlığına namizəd göstərib.
Publika.az xəbər verir ki, bu barədə “Yeniçağ” qəzeti məlumat yayıb.
Əvvəllər Ərdoğanın şəxsi həkimi və hakim partiyanın üzvü olan Turhan Çömez 2008-ci ildə nizam-intizam komitəsinin qərarı ilə partiya sıralarından xaric edilib.
2022-ci ilin payızından İyi Partiyanın üzvüdür, may ayında keçirilən parlament seçkilərinin nəticələrinə görə millət vəkili seçilib.
Hazırda Balıkəsir Bələdiyyəsinə hakim Ədalət və İnkişaf Partiyasından Yücel Yılmaz rəhbərlik edir.
Bələdiyyə seçkiləri martın 31-nə təyin edilib.
Tural