Azərbaycanın ən qorxulu kəndi: Bütün sakinlər nədən qaçıblar?
Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir. Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri olmuş şəxsləri əhatə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, sənədləri e-sistemdə mövcud olan şəxslərə bu ödəmə proaktiv şəkildə ödənilir. Sənədləri e-sistemlərdə olmayanlar isə sənədlərini aidiyyəti qurumlara müraciət etməklə elektronlaşdırır, bundan sonra Dövltə Sosial Müdafiə Fondu tərəfindən ödəniş həyata keçirilir.
Birdəfəlik ödəmə ilə təmin olunanlar arasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı da var.