Avstriyada sığınacaq müraciəti qəbul olunmayan Türkiyə vətəndaşı evlənərkən deportasiya edilib.
Publika.az xəbər verir ki, 27 yaşlı Türkiyə vətəndaşı Həmzə 40 yaşlı alman nişanlısı Gundula ilə evlənərkən Federal İmmiqrasiya və Sığınacaq İdarəsi tərəfindən saxlanılaraq deportasiya edilib.
Həmzənin toydan sonra saxlanılmasını istəyən qonaqlar mənfi cavab alıb. Səlahiyyətlilər bildiriblər ki, Həmzə 10 gün əvvəl Avstriyanı tərk etməli idi.
Həmzənin vəkili Qreqor Klammer müvəkkilinin Türkiyəyə göndəriləcəyini və onun hərbi fərari olduğunu bildirib.
Həmin görüntüləri təqdim edirik:
Roza Şəfiyeva