Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl”un vitse-prezidenti Vitali Robertus öz ofisində intihar edib.
Publika.az xəbər verir ki, bunu Rusiya mətbuatı yazıb.
Rusiya KİV-in məlumatına görə, Robertusun cəsədi Sretenski bulvarındakı "Lukoil" ofisində tapılıb. Şirkət 53 yaşlı menecerin ölümünün dəqiq səbəbini açıqlamayıb.
Ölümündən az əvvəl Robertus səhhətindən şikayətlənib və ağrıkəsici istəyib. Daha sonra kabinetinə gedərək bir neçə saat oradan çıxmayıb. Telefonlara cavab vermədiyini görən əməkdaşlar otağa daxil olanda onun cansız meyitini görüblər. O, intihar edib və asfiksiyadan (kəskin tənəffüs çatışmazlığının ən ağır forması) dünyasını dəyişib.
Cəmilə