01.11.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq - Qurban Qurbanov

01 noy 2025 00:00
İDMAN
ads

"Qarabağ" hər rəqibə qarşı ciddi hazırlaşmalıdır.

 

Qutb.az xəbər verir ki, bunu "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:

 

"Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. "İmişli"yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar".

 

Qeyd edək ki, "Qarabağ" - "İmişli" oyunu Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur