Türkiyənin BRİKS-ə qoşulmaq niyyəti, ölkə hakimiyyətinin bu cür bəyanatlar verməsi fonunda ciddidir.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBC-yə müsahibəsində danışıb.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Türkiyənin BRİKS-də tam iştirak üçün ərizə verdiyini və hazırda baxıldığını təsdiqləyib.
Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS dövlətlərarası assosiasiyasının qarşıdan gələn sammitində iştirak edəcəyi də xəbər verilmişdi.
Politoloq Kərim Has bildirib ki, NATO ölkələri Türkiyənin BRİKS-ə qoşulmasına qarşı olmayacaq, çünki onun assosiasiyaya qoşulması Şimali Atlantika Alyansına üzvlüklə ziddiyyət təşkil etməyəcək.
Tural