"Çelsi"nin keçmiş kapitanı Con Terri İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilməsini şərh edib.
Publika.az xəbər verir ki, o, London klubunda keçirdiyi günlərlə bağlı bir sıra maraqlı açıqlamalar verib:
“Bir oyunçunun bu qədər uzun müddət klubda qalmasına tez-tez rast gəlinmir. İlk dəfə 14 yaşımda "Çelsi"yə gəldim və dərhal özümü evimdəki kimi hiss etdim. Stadionu, tualetləri təmizlədim, formaları yudum - demək olar ki, hər şeyi etdim. Bu, mənim üçün inanılmaz bir səyahət idi. Mən şadam ki, bir növ miras qoyduq.
"Stemford Bric"də azarkeşlərlə görüşürəm. Onlar bizə yaşatdığımız xatirələrə görə təşəkkür edirlər. Bunlar insanların həyatını dəyişdirə və formalaşdıra bilər. Mən ictimaiyyəti əyləndirmək istəyirəm. Bizdə, keçmiş oyunçularda bu çatışmazlıq var”.
Qeyd edək ki, Terri 1998-2017-ci illərdə "Çelsi"nin əsas komandasında çıxış edib. Müdafiəçi 5 dəfə Premyer Liqanın və eyni sayda İngiltərə kubokunu qazanıb. 3 dəfə İngiltərə Liqa Kubokuna sahib çıxıb. O, həmçinin bir dəfə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. Con karyerasını 2017/2018 mövsümündə “Aston Villa”da başa vurub. Terri 2003-2012-ci illərdə İngiltərə millisinin üzvü olub.
Heybət