Serbiya millisinin basketbolçusu Boqdan Boqdanoviç Olimpiadada ABŞ-la yarımfinal oyunundakı hakimlik haqda qısa şərh verib.
QÜTB.AZ xəbər verir ki, avqustun 8-də serblər amerikalılara 91:95 hesabı ilə uduzublar.
“Biz hakimlərlə danışmağa çalışdıq, amma onlar bizimlə danışmaq istəmədilər. ABŞ-ın hakimlərin təklif etdiyi bu köməyə ehtiyacı yox idi. Rəqib iki əli ilə bizi tutub saxlayanda da onlar reaksiya vermədilər. Bacardığımız qədər yaxşı oynadıq”, – jurnalist Donatas Urbonas Boqdanoviçdən sitat gətirib.