Yeni araşdırmaya görə, qəhvə içənlərin bağırsaqlarında yenidən böyüyən xərçəng şişləri riski daha azdır.
Publika.az xəbər verir ki, Niderlandda 1719 nəfər arasında araşdırma aparılıb. Tədqiqatlar göstərdi ki, spirtli içki qəbul edən kolorektal xərçəngi olan xəstələrin gələcəkdə residiv olma ehtimalı daha azdır.
Gündə bir neçə fincan qəhvə içmək də erkən ölüm ehtimalını azaldır. Bunun analizdən kənarlaşdırılan son mərhələdə bağırsaq xərçəngi olanlar istisna olmaqla, bütün xəstələr üçün doğru olduğu müəyyən edilib. Bu gün bağırsaq xərçəngi xəstələrin 30 faizində müalicədən sonra təkrar baş verir.
Bu o deməkdir ki, Niderlandda aparılan araşdırma təsdiqlənərsə, qəhvə xəstələrinin həyatını dəyişdirən bir dərman kimi tanınar.
Araşdırmalara görə, gündə iki stəkandan az qəhvə içən kolorektal xərçəng xəstələri ilə müqayisədə gündə ən az beş fincan qəhvə içənlərdə növbəti 6 ildə xəstəliyin təkrarlanma ehtimalı 32 faiz azdır.
Aysel Şahmar