Mütəxəssislər sümük ağrısının sağalmaz qan xərçəngi olan miyelomun ilk əlaməti ola biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, tədqiqatçıların fikrincə, erkən mərhələlərdə miyeloma simptomlar olmadan baş verir. Bununla belə, qabırğa və ya bud sümüklərində daimi ağrı bu patologiyanın inkişafının göstəricisidir.
Alimlər xəstəliyin digər əlamətlərini anemiya nəticəsində yaranan yorğunluq, zəiflik və nəfəs darlığı, susuzluq, qarın ağrısı, qanda yüksək miqdarda kalsium səbəbiylə tez-tez sidiyə getmə, çəki itirmək, görmə problemləri və baş ağrıları kimi qiymətləndiriblər.
Həmçinin, miyelomalı xəstələrdə heç bir səbəb olmadan göyərmələr baş verə, burun, diş ətləri və sümüklərdən qanaxma ola bilər.
Xərçəngin digər növlərindən fərqli olaraq, miyelom adətən şişlərə səbəb olmur. Alimlər qeyd ediblər ki, bu növ xərçəng sümükləri zədələyir və sağlam qan hüceyrələrinin istehsalına mane olur.
Cəmilə