“Elektron resept qısa müddətdə bütün ölkəni əhatə edəcək”
QÜTB.AZ xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılmasına dair brifinqdə deyib.
O bildirib ki, artıq bir çox xəstəxanalada elektron reseptin tətbiqinə başlanılıb:
“Səhiyyə Nazirliyinin bununla bağlı müvafiq işləri davam edir. Bizim də bu istiqamətdə Səhiyyə Nazirliyi ilə işlərimiz davam edir. Prosesdə ləngimələrin olması texniki məsələlərlə bağlıdır. Yəqin ki, elektron resept qısa müddətdə bütün ölkəni əhatə edəcək”.