Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşınının sürücüsü, Ucar rayon sakini 21 yaşlı İbrahimov Taleh Şamil oğlu Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan sürücünün atası 52 yaşlı İbrahimov Şamil Sədiyar oğlu dünyasını dəyişib, həyat yoldaşı 47 yaşlı İbrahimova Rəhilə Əsgər qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Milli.Az