Ukraynanın üzv olacağı təqdirdə Avropa İttifaqı hərbi əməliyyatların iştirakçısına çevrilməli olacaq.
Publika.az xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.
“Bu o deməkdir ki, müharibə edən ölkə Lissabon müqaviləsinə uyğun olaraq hərbi əməliyyatlara qoşulmalı olan Aİ-nin bir hissəsi olacaq”, - Filippo bildirib.
Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzv olması bazarda haqsız rəqabət səbəbindən fransız fermerlərin məhv edilməsinə və qeyri-qanuni miqrasiya üçün daha bir qapının yaranmasına gətirib çıxaracaq.