Şimali Koreya lideri Kim Çen In bildirib ki, o, artıq Koreya Respublikası ilə birləşməyi mümkün hesab etmir.
Publika.az xəbər veririk, onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi sitat gətirib.
“Partiyamız Koreyalararası uzunmüddətli münasibətlərə nəzər salaraq belə qənaətə gəlib ki, “udma yolu ilə birləşmə” və “sistem vahidliyi” yaradan Koreya Respublikası ilə birləşməyə nail olmaq heç vaxt mümkün olmayacaq. Bu, bizim “Bir xalq, bir dövlət, iki sistem” prinsipi əsasında Vətəni birləşdirmək siyasətimizə ziddir”, - Kim Çen In bildirib.
O izah edib ki, reallıq Pxenyanı Koreyalararası əlaqələrə öz yanaşmasını yenidən müəyyən etməyə məcbur edir. Baş katib qeyd edib ki, KXDR və Koreya Respublikası bir-biri üçün “düşmən dövlətlərə” çevriliblər. Cənubla bağlı siyasət bundan sonra yalnız soydaşların orada yaşaması faktına əsaslanmamalıdır.
Kim Çen Inın sözlərinə görə, Cənubi Koreya hakimiyyəti ABŞ-ın sadəcə “müstəmləkə administrasiyasının əlaltılarıdır” və onlarla birləşmə məsələlərini müzakirə etmək KXDR-in milli ləyaqətinə və statusuna uyğun gəlmir.
“İndiki Cənubi Koreyada siyasət tamamilə yox olur, onların bütün cəmiyyəti Yanki mədəniyyətinə qərq olub. Bu, müdafiə və təhlükəsizlik baxımından tamamilə ABŞ-a güvənən, sadəcə olaraq, müstəmləkədən asılı dövlətdir”, - deyə o əlavə edib.