Fransa prezidenti Emmanuel Makronun Moskvaya kəskin reaksiyası Afrikadakı hərəkətlərlə bağlı ola bilər.
Publika.az xəbər verir ki, bu mümkün səbəbi Vladimir Putin jurnalist Dmitri Kiselevə “Rossiya 1” telekanalı və RİA Novosti-yə verdiyi müsahibə zamanı qeyd edib.
Kiselyov Putindən Makronun anti-Rusiya bəyanatlarının Rusiyanın Afrikada Fransanın “quyruğuna basması” üçün qisas ola biləcəyini soruşarkən Rusiya liderinin cavabı belə olub:
“Bəli, məncə, bir növ narazılıq var. Lakin onunla birbaşa əlaqə saxladığımız zaman bu mövzuda kifayət qədər açıq danışdıq”, - Putin bildirib.
Xatırladaq ki, fevralın sonunda Makron bildirib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar. Söhbət orta və uzunmənzilli raketlərlə dərin zərbələrdən gedir, deyə o izah edib. Fransa prezidenti həmçinin xatırladıb ki, əvvəllər müəyyən növ sursatların, o cümlədən hava hücumundan müdafiə sistemlərinin tədarükünə həsr olunmuş səkkiz koalisiya yaradılıb.
Cəmilə