Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Avro-2024-ün 1/4 finalında Fransaya məğlubiyyətdən (0:0, 3:5 - penaltilər) sonra Kriştianu Ronaldonun millidəki gələcəyi ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, "Ronaldonun Portuqaliya millisi ilə səyahəti bu kədərli xatirə ilə bitəcəkmi" sualına mütəxəssis belə cavab verib:
“Yaralarımız hələ təzədir. Biz hələ də məğlubiyyəti yaşayırıq. Hazırda ayrı-ayrı oyunçularla bağlı heç bir qərar verilməyib”.
Qeyd edək ki, 39 yaşlı forvard ilk dəfə böyük turnirdə Portuqaliya yığmasının heyətində qol vura bilməyib.
Heybət