04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Kremldən NATO-nun nüvə silahı elanına MÜNASİBƏT

17 iyn 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun baş katibi Yens Stoltenberqin alyansın nüvə silahının döyüş hazırlığı vəziyyətinə gətirilməsi zərurətini müzakirə etdiyi barədə bəyanatını şərh edib.

Publika.az xəbər verir ki, Peskovun sözlərinə görə, bu, “gərginliyin növbəti dəfə artmasıdır”.

“Cənab Stoltenberqin dedikləri bir gün əvvəl qəbul edilmiş (İsveçrədəki konfransın nəticələrinə görə) hər kəs tərəfindən imzalanmayan eyni bəyannamənin kontekstinə açıq şəkildə uyğun gəlmir. Harada da, səhv etmirəmsə, belə ritorikanın yolverilməz olduğu deyilir. Bu, gərginliyin növbəti eskalasiyasından başqa bir şey deyil”, - Kreml sözçüsü bildirib.

Peskov əlavə edib ki, Vladimir Putin öz təşəbbüsü ilə nüvə silahı mövzusunda danışmır. O, izah edib ki, prezident bu problemlə bağlı hər hansı açıqlamanı yalnız jurnalistlərin, o cümlədən xaricilərin suallarına cavab olaraq verir.

Bundan əvvəl Yens Stoltenberq “The Daily Telegraph” qəzetinə müsahibəsində demişdi ki, NATO “rəqiblərinə birbaşa siqnal” göndərmək üçün öz nüvə arsenalını bütün dünyaya nümayiş etdirməlidir. Eyni zamanda o əlavə edib ki, alyansın məqsədi nüvə silahı olmayan dünyadır.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur