Gəncədə yol hərəkəti qaydalarını pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Publika.az xəbər verir ki, sürücü Aysu Nurəliyeva idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə manevr qaydalarını pozub.
Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq "day-dayılıq" edəninin olduğunu bildirib.
Xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.
Həmin görüntüləri "Avtosfer"ə istinadla təqdim edirik: