28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Əhali silah götürüb ölkəni qorumaq istəmir

06 mar 2024 14:00
GÜNDƏM
ads

Almaniyada aparılan sorğu nəticəsində məlum olub ki, almanların əksəriyyəti hərbi hücum zamanı əlinə silah götürüb ölkəni müdafiə etməyə hazır deyil.

Publika.az xəbər verir ki, sorğunu “Forsa” tədqiqat şirkəti RTL/NTV televiziya kanalları üçün keçirib. Sorğuda iştirak edənlərin 59 faizi “hərbi hücum baş verərsə, silahla müdafiəyə hazır olacaqsınız” sualına “Yəqin ki, yox” və ya “Qətiyyən yox” cavabını verib.

“YouGov” şirkətinin Almaniyanın DPA Xəbər Agentliyi üçün apardığı sorğuya görə, almanların 72 faizi Ukraynaya əsgər göndərilməsinə qarşıdır və Almaniya kansleri Olaf Şoltsu dəstəkləyir.

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın müdafiə xərclərini artırmalı və silahlı qüvvələrini modernləşdirməli olduqlarını bildirib: “Avropada müharibə təhlükəsi olduğu fikirlərinə alışmalıyıq və bu müharibəyə hazır olmalıyıq”.

Bunun üçün alman ordusuna təkcə silah deyil, həm də şəxsi heyət lazımdır.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur