09.04.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Yeni doğulan uşaq üçün 130 min manat veriləcək - Şərtlər

26 apr 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Doğum nisbətinin azalmasının qarşısını almaq üçün bir çox ölkələr müxtəlif yollara əl atırlar.

Publik.az xəbər verir ki, Cənubi Koreya ölkədə azalan doğum nisbətini artırmaq üçün valideynlərə hər doğulan körpə üçün 100 milyon von (təxminən 130 min manat) nağd pul ödəməyi planlaşdırır.

“İndependent” qəzetinin məlumatına görə, 2023-cü ildə ölkədə doğum göstəriciləri qadın başına 0,72 körpəyə enib. Bu, ən aşağı milli doğum səviyyəsidir. Hökumət valideynləri həvəsləndirmək üçün müxtəlif təşviq və dəstək proqramları tərtib edib.

Qeyd edək ki, hazırda koreyalı cütlüklər uşaqlarının doğulmasından 7 yaşına çatana qədər müxtəlif təşviq və dəstək proqramları vasitəsilə 35 milyon von ilə 50 milyon von arasında maliyyə yardımı alırlar. Yeni tənzimləmə ilə bu nisbət iki dəfə artacaq.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur