İsrailin müdafiə naziri İsrael Katz İsrailin Suriyada işğal etdiyi əraziyə səfər edib.
QÜTB.AZ xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, Katz İsrail Müdafiə Qüvvələrinin şəxsi heyəti ilə görüşüb, daha sonra Hermon dağının möhkəmləndirilmiş nöqtəsində əməliyyat görüşü keçirib.
Katzın sözlərinə görə, onun səfərinin məqsədi müdafiə və hücum əməliyyatlarına hazırlığı yoxlamaqdır. Müdafiə naziri İsrail qoşunlarının Suriyada qeyri-müəyyən müddətə qalacağını bildirib.
Tural