29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Günün ULDUZ FALI: onlarla münasibətləriniz pozula bilər

30 yan 2024 21:00
GÜNDƏM
ads

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə səmimi olun. İşdə həmkarlar, özəl fəaliyyətdə isə tərəfdaşlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmağın yolu normal, sakit müzakirələrdir. Maliyyə vəsaitinin bölüşdürülməsi ilə bağlı məsələləri araşdırın.

Günün ikinci yarısında planlarınızdan bəzilərini dostlar və yaxınlarla təhlil etmək olar. Qarşılıqlı anlaşamaya nail olmaq asan deyil. Sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq üçün ona axşam saatlarında romantika bəxş edin.

Buğa - kommersiya və ticarət üçün əlverişli gündür. Problemlərin həllinə yaradıcı yanaşın. Təhsil alırsınızsa, fənn tapşırıqlarını daha yaxşı əxz edəcəksiniz. Yaxın ətrafınızdakı insanlardan fərqlənmək istəyirsinizsə, bacarıqlarınızı göstərin. Eqoist, xudpəsənd olmayın.

Günün ikinci yarısında yaxınlarınızla münasibətləriniz əhvalınızdan asılı olacaq. Axşam saatlarını səsli-küylü məsclislərdə keçirməyin. Uzaq yola çıxmayın.

Sükan arxasında ehtiyatlı davranın.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - uzun səfərə yollanmaq üçün yaxşı zamandır. Təcrübəli insanlarla görüşmək, cari problemlərin həll yollarını aramaq olar. Fəaliyyətinizin əlavə gəlir gətirməsi üçün yaxşı çalışın. Başqalarının maraqlarına toxunacaq addımlar atmayın.

Günün ikinci yarısında maliyyə məsələlərində diqqətli olun. Peşəkar fəaliyyətinizdə yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.

Gəlir və maliyyə məqamlarını ailə üzvləri ilə birlikdə müzakirə edin. Subaysınızsa, qarşılaşdığınız qeyri-adi insana fikir verin.

Xərçəng - ağır, əndişəli, qarışıq bir gündür. Başladığınız işləri yarımçıq qoymayın. Peşəkar fəaliyyətlə bağlı müzakirələri uzatmayın. Mübahisə etməyin, dartışmalardan kənar durun. Risk etməyin.

Sükan arxasında ehtiyatlı davranın.

Günün ikinci yarısında ailədəki münasibətlərdə yeniliklərə ehtiyac var. Yaxınlarınız arasındakı qovğaya qatılmayın, çünki kiminsə tərəfini tutmağa çətinlik çəkəcəksiniz. Səliqəli olun.

Axşam saatlarında çox yeməyin.

Şir - mövqeyinizi yaxın ətrafınızdakı insanlara zorla qəbul etdirməyə çalışmayın. Yalnız sizi maraqlandıran məsələləri müzakirə etməyə çalışmayın. Təşəxxüslü davranış işlərin gedişatına mənfi təsir edəcək.

Günün ikinci yarısında daşınmaz əmlak məsələlərinin həlli və sənədləşdirmə işləri pis alınmayacaq.

Ailə üzvlərinin qayğılarının həllində onlara yardım edin. Sözlərinizə diqqət yetirin.

Sizə önəm verən insanların dəyərini bilin.

Qız - adi günlərdən fərqli olaraq bu gün işlər və qayğılar çoxdur. Eqoist olmayın, təkəbbürlü insan təsiri bağışlamayın. Belədə yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pozula bilər. Cəmiyyətdəki mövqelərinizi və yerinizi düşünün.

Günün ikinci yarısında zərərli vərdişlərdən qurtulmaq zamanı gələcək. Ailə həyatına "hampa" yanaşması yaxınlarınızla münasibətlərinizi korlaya bilər. Hisslərə qapılmayın, emosional davranmayın.

Münaqişələrə səbəb olmayın.

Tərəzi - günün ilk yarısındakı gözlənilməz hadisə sizdən qeyri-tipik davranış tələb edəcək. İşlərdəki çətinlikləri dəf etmək üçün qüvvə və səbrə ehtiyacınız var. Bədbinliyə qapılmayın. Bütün bunlar sizin üçün əvəzolunmaz təcrübədir.

Günün ikinci yarısında bəzi məsələlərlə bağlı mövqelərinizdə köklü dəyişikliklər istisna olunmur. Sevdiyiniz insanla aranızda son günlər müşahildə olunan sərinliyin aradan qaldırılmasının ən yaxşı yolu səmimi söhbətdir. Sizi narahat edən problemlər barədə onunla açıq danışın.

Alicənab, qayğıkeş olun.

Əqrəb - intuisiyanıza güvənin. Hadisələrin axarında qəfil dəyişikliklər ola bilər. Situasiyaya təsir edən amilləri araşdırın. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Rəqiblər yeni tələlər hazırlayır, intriqalar qururlar.

İnandığınız insanla günün ikinci yarısında yeni işbirliyinə başlamaq olar.

Sevdiyiniz insanla təmaslarınız, yaxınlarınızla ünsiyyətiniz stabil olmalıdır. Harmoniyaya can atın.

Aildəki durum sizdən asılı olacaq.

Oxatan - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın.

Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər.

Oğlaq - məqsədlərinizi dəqiqləşdirin, nə istədiyinizi dəqiq bilin. Planları həyata keçirmək üçün rasional variantları arayın. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş istisna deyil. Belə imkanlar olacaq.

İş yerinizi dəyişmək barədə düşünürsünüzsə, tələsməyin. Daha yaxşı şərtlər və üstün maaşın olduğu yeri arayın. Davranış stilinizə yeniliklər edin. Köhnə, zərərli vərdişlərdən əl çəkmək zamanıdır.

Günün ikinci yarısında yaxınlarınızın dediklərinə qulaq asın. Yadların təsirinə düşməyin. Axşam saatları romantik anlar bəxş edəcək.

Dolça - bizneslə bağlı planlaşdırılmamış xərclər ola bilər. Əhvalınız yaxşı olmalıdır. Pozitiv insan təsiri bağışlayın. Rəqib və ya düşməni dosta çevirmək üçün real imkanlarınız var. İşdə və ya evdə münaqişələr yaranarsa, onları səbrlə, təmkinlə çözməyə cəhd göstərin.

Günün ikinci yarısında yaxınlarınız və dostlarınızla səmimi davranın. Axşam saatlarında maraqlı insanla tanış ola bilərsiniz. Mükalimələrdə hissə qapılmayın.

Balıqlar - günün ilk yarısından etibarən başqalarının problemləri ilə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Tərəfdaşlarınızla münasibətlər gərginləşəcək, onlara tam etibar edə bilməyəcəksiniz. Hadisələrin axarında qəfil dəyişikliklər işgüzar fəaliyyət sahəsində çətinliklər yaradacaq.

Günün ikinci yarısında emosiyalarınıza hakim ola bilməsəniz, ailədə söz-söhbət başlaya bilər. Ən pis sülhün ən yaxşı davadan əfzəl olduğunu unutmayın.

Münaqişələrin danışıqlarla, dinc yolla həll yollarını arayın.

Yeni əlaqələrin bünövrəsini qoymaq olar.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur