İtaliyanın paytaxtı Romada keçirilən ITECX’25 – Fibonacci Beynəlxalq Mühəndislik, Texnologiya və Riyaziyyat Konqresində Marsol Academy-nin "Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları ölkəmizi uğurla təmsil ediblər. 23 noyabr tarixində baş tutan nüfuzlu tədbirdə dünyanın müxtəlif ölkələrindən 623 komanda və 1258 şagird iştirak edib.
Qutb.az xəbər veirr ki, yarışmada Azərbaycanı təmsil edən Marsol Academy komandası "VRITY” adlı innovativ layihə ilə 1-ci yerə layiq görülüb.
Komandaların uğurları bununla məhdudlaşmayıb. Digər iştirakçılar da Nopick – Best Team, Nutrizadeh – Best Idea, VRITY – Best Presentation kimi müxtəlif nominasiyalarda yüksək nəticələr əldə ediblər
Bu nəticələr Marsol Academy şagirdlərinin yaradıcılığı, əzmi və peşəkar hazırlıq prosesinin effektivliyinin bariz göstəricisi kimi dəyərləndirilir. Qurum rəhbərliyi komandaların Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməsini xüsusi qürurla qeyd edib.
Məlumata görə, Marsol Academy-nin "Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində hazırlanan işlərin bir qismi ilkin mərhələdə International Journal of Trends and Developments in Education jurnalında məqalə kimi dərc olunacaq. Digər layihələr isə Interdisciplinary Educational Research Journal, Gaziantep University Journal of Sport Science, The Journal of Operations Research, Statistics, Econometrics and Management Information Systems, Anatolian Turkish Journal of Education, Journal of Transportation and Logistics, Journal of Information Analytics kimi nüfuzlu elmi nəşrlərdə yer alacaq.
2023-cü ildə yaradılan Marsol Academy XXI əsrin bacarıqlarını real təcrübə ilə birləşdirən, inkişaf, təhsil və xidmət sahələrini əhatə edən yaradıcı platforma kimi fəaliyyət göstərir. Akademiya müxtəlif yaş qruplarına yönəlmiş təlimlər, tədbirlər və inkişaf proqramları təşkil edərək iştirakçıların uzunmüddətli kompetensiyalar əldə etməsinə şərait yaradır. Bununla yanaşı, qurum həm yerli, həm də beynəlxalq təşkilatlarla strateji tərəfdaşlıqlara əsaslanan layihələr həyata keçirir.
Marsol Academy komandasının ITECX’25 College Congress-də qazandığı uğur Azərbaycan gənclərinin qlobal səviyyədə rəqabətə davamlı olduğunu bir daha təsdiqləyib.









