29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Fransadakı Azərbaycan icması AŞPA-ya etiraz etdi

26 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Fransada yaşayan Azərbaycan icması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə 24 yanvar 2024-cü il tarixli qətnaməsini qətiyyətlə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının adından AŞPA-ya ünvanlanan bəyanatda bildirilib ki, belə qətnamənin Azərbaycanla Avropa ictimaiyyəti arasında geniş şəkildə əməkdaşlığın əsasının başlandığı, Azərbaycanın Avropa Şurasına qəbul olunmasının 23-cü ildönümü ərəfəsində qəbul edilməsi xüsusilə yolverilməzdir.

Azərbaycanın qanunun aliliyi və hüquqi islahatlar sahəsində Avropa Şurası ilə əməkdaşlığı davam etdirməsi sayəsində ölkədə böyük nəticələrə nail olunduğu, Azərbaycan dövlətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərar və qətnamələrinə sadiqlik nümayiş etdirdiyi diqqətə çatdırılıb: “Bu, ölkədə vətəndaş cəmiyyətinin rifahı naminə əməkdaşlığın güclü göstəricisidir”.

Belə məqamda AŞPA üzvlərinin qətnaməsi “ikitərəfli əməkdaşlığın nəticələrinin məhv edilməsi cəhdi” kimi qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, hazırda Avropanın astanasında faciəvi geosiyasi hadisələrin baş verdiyi dövrdə AŞPA-nın belə qərar qəbul etməsi öz dəyərlərinin məhv edilməsindən başqa bir şey deyil: “Avropa Şurası kimi platformalar hazırkı qətnamənin müzakirəsi üçün beynəlxalq foruma çevriləndə AŞPA öz ilkin prinsiplərindən çəkilir, ədalətsiz və qərəzli mövqe nümayiş etdirir”.

Fransadakı icmamız AŞPA-nı beynəlxalq hüququn gücünü və prinsiplərini kövrək demokratiyaların mövcud olduğu Azərbaycan kimi ölkələrə qarşı təzyiq vasitəsinə çevirməməyə, belə üzv-dövlətləri təşviq etməyə çağırıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur