09:06
Ermənistanda yeni qorxular yayılıb. Söhbət Azərbaycanın xarici təşkilatlar üzərindən Zəngəzura daxil olduğu haqda iddialardan gedir.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri bu prosesin Çexiyanın “Arnica” təşkilatı tərəfindən aparıldığı iddiasını tirajlayıb.
Nəşr yazır ki, bu təşkilat 2018-ci ildən başlayaraq, Ermənistanda, xüsusilə sərhəd bölgələrində ekoloji vəziyyəti araşdırır.
“Təşkilata ermənio ekoloji QHT-ləri də fəal kömək edir. Əsas əməkdaşlıq etdiyi QHT “EcoLur”dur. Onlar sərhəd yaşayış məntəqələrində, bu ərazilərdəki mədənlərdə, qızılçıxarma zavodunda və digər yerlərdə monitorinqlər aparır. “Arnica”nın son hesabatına nəzər yetirdikdə, orada Ermənistanın bölgədə ekoloji fəlakətə yol açdığı haqda məlumatlara rast gəlmək olur.
Azərbaycan bu məlumatlardan Ermənistanın ekoloji fəlakət törətməsi haqda kampaniyada istifadə edir, həm də bu təşkilat üzərindən bölgəni öyrənir”, - nəşr iddia edir.
Asif