İranın Kəhnuc şəhərində hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.
QÜTB.AZ “Azad İran”a istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.
Kəhnucda yanacaq daşıyan vətəndaşları təqib edən hərbçilərdən biri avtomobilin aşması nəticəsində ölüb, digər 3 nəfəri isə ağır yaralanıb.
Ölənin Kəhnuc şəhərinin 116-cı Mühafizə Bölməsinin hərbçisi olan Yasin Molayi olduğu bildirilir.