"Real"ın müdafiəçisi və kapitanı Dani Karvaxal komandanın hücumçusu Kilian Mbappe haqqında danışıb.
QÜTB.AZ xəbər verir ki, o, fransalı forvardın "Los Blancos"un yeni lideri olduğunu bildirib:
“Mbappe fantastik şəkildə komandaya uyğunlaşdı. Çoxlu qollar vurur. O, dünyanın ən yaxşısıdır? Bunu mövsümün sonunda öyrənəcəyik, çünki kollektiv uğurun böyük təsiri var. Bu mühüm məqamdır. O, ilk "üçlük"dədir. Mbappe soyunub-geyinmə otağında liderdir. Kilian fantastik insandır”.
Qeyd edək ki, bu mövsüm Mbappe bütün yarışlarda 31 matçda iştirak edib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qutb