17.03.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

BMU-İNHA İDP tələbələrinin daha bir uğuru

21 fev 2025 14:00
GÜNDƏM
ads

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri “2025 Green Tech Globalthon” (Qlobal Yaşıl Texnologiya Forumu 2025) hakatonunda uğur qazanıblar.  

Qutb.az xəbər verir ki,  Cənubi Koreyada İNHA Universitetinin SW Mərkəzi, LINC Biznes Qrupu, Google Developers Group on Campus İNHA və AIESEC İNHA təşkilatlarının birgə əməkdaşlığı ilə keçirilən bu hakaton BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun ağıllı həllərin hazırlanmasına yönəlib. 

Həm beynəlxalq, həm də koreyalı tələbələrin qatıldığı ikigünlük tədbirdə komandalar texnoloji və innovativ həllər üzərində işləyərək öz layihələrini təqdim ediblər. 

Hər komandada 4 nəfərlə təmsil olunan BMU-İNHA İDP tələbələrinin təqdim etdikləri innovativ həllər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Hakatonda BMU-İNHA İDP-nin 4-cü kurs tələbələri-Nəbi Şirinov (İnformasiya texnologiyaları ixtisası) “Enigma” komandası ilə Excellence Prize (2-ci yer) mükafatına, Alpər Qəhrəmanlı (Elektrik mühəndisliyi ixtisası) “80EGGSelent” komandası ilə Outstanding Prize (3-cü yer) mükafatına layiq görülüb.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 17.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:19
05:17
Sübh
05:29
05:27
Gün çıxır
06:49
06:47
Zöhr
12:49
12:49
Əsr
16:11
16:11
Gün batır
18:49
18:50
Məğrib
19:06
19:07
İşa
19:59
20:00
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur