09.04.25 | Bakı 15.03° C |
00:42:14
Lent :

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqladı

24 avq 2024 02:00
GÜNDƏM
ads
Advertisement

ABŞ höküməti Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.

QÜTB.AZ xəbər verir ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, həmçinin verilməsi planlaşdırılan paketi daha əhəmiyyətli adlandırıb. Kirbi, dəstəyin miqdarını dəqiqləşdirməyib.

ABŞ prezidenti Co Baydenin bəyanatında isə deyilir ki, Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlər, pilotsuz uçuş aparatları, tank əleyhinə silahlar və digər döyüş sursatlarından ibarət yeni yardım paketi təhvil veriləcək.

Bayden cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə ölkənin avqustun 24-də qeyd olunan Müstəqillik Günü ilə bağlı telefon danışığı apardığını deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar tezliklə Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur