25.06.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür

25 iyn 2025 10:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanda bir yaşadək uşaqlar arasında ölüm halları azalıb.

Qutb.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 1420 körpə həyatını itirib.

Belə ki, 2023-cü ildə bu rəqəm 2039 olub. Ötən il körpələr ən çox (735 körpə) perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat ediblər.

2024-cü ildə 178 körpə tənəffüs sistemi xəstəliklərindən, 101 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqlarından, 47 uşaq bəzi infeksion və parazitar xəstəliklərdən, 12 uşaq isə travmalar, zəhərlənmələr və digər xarici səbəblərdən dünyasını dəyişib.

Aytac Bəhruzqızı

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur