26.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

AFFA toplantısında nələr müzakirə edildi?

26 noy 2025 03:08
GÜNDƏM
ads

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

 

Qutb.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

 

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

 

Əvvəlcə əsas milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib. Milli komandanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.

 

Ardından Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı – 2027-yə hazırlıq barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. Həmçinin hazırlıq prosesi ilə bağlı görüləcək işlər və planlar müzakirə edilib.

 

Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat verib. Onun təqdimatı dinlənilib, hakimlik sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və bir sıra struktur dəyşiklikləri qəbul edilib. Dəyişikliyə əsasən, Hakimlər Komitəsinin sədri Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcək.

 

İclasda Hakimlər Komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.

 

Bundan başqa, Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılmaqla bağlı ərizəsi qəbul edilib.

 

AFFA İntizam Komitəsində vakant yerlərə yeni namizədlər - Zümrüd Ağayeva və Murad Məmmədov təsdiqlənib.

 

Eyni zamanda, 2026/2027-ci illər mövsümü üçün lisenziyalaşdırma qaydaları təsdiq olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur