ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdinin necə həyata keçirilməsi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülərkən, Ağ Ev sözügedən hadisəni “Trampa qarşı qəzəb” kimi şərh edib.
Publika.az xəbər verir ki, bu barədə “Haber 7” yazıb.
“Bir polis məmurunun mitinq bölgəsində olanlardan sonra hərəkətə keçdiyi, lakin təcavüzkarın tüfəngi ona qarşı çevirməsindən sonra geri addım atdığı iddia edilir. Eyni zamanda mitinq keçirilən ərazidə kifayət qədər təhlükəsizlik personalının olmadığı bildirilir.
Həm Vaşinqton administrasiyası, həm də hadisənin baş verdiyi Pensilvaniya ştatı bu iddiaya qarşıdır. Dünyaya elan edilən 20 yaşlı qatilin Trampın hansı açıqlamasına və ya hərəkətinə bu qədər qəzəbləndiyi ilə bağlı sual işarələri də var. Həmçinin qatilin dərhal öldürülərək zərərsizləşdirilməsi də şübhəli vəziyyətdir.
Bəlkə də 3-cü dünya müharibəsi ilə bağlı narahatlığın hökm sürdüyü bir dövrdə şahid olduqlarımızla bütün dünyaya mesaj verilir. Məlumdur ki, Tramp prezident olsa, müharibəni davam etdirməkdə qərarlı olan Ukrayna və Avropaya qarşı çıxa bilər. Bununla da onun 3-cü dünya müharibəsinə mane olması ehtimalı var.
Gəlin, Fələstin torpaqlarında baş verənlərə baxaq. Tramp Baydendən daha çox İsrailyönlü siyasətçidir. O, Qüdsü paytaxt elan etməklə bunu nümayiş etdirdi. Vəzifəyə gəldikdən sonra İsrailə anladığı dildə təzyiq göstərərək “Həmas məğlub oldu, Qəzza müharibəsi bitdi” deyərək HƏMAS-sız bir Fələstin qurula bilər. Onun İsraili Səudiyyə Ərəbistanından başlayaraq region ölkələri ilə barışdırmağa davam etməsi də mümkündür. Yəni Yaxın Şərqdə İsraildən qaynaqlanan gərginliyin azala biləcəyi bir mühit görə bilərik.
Bu səbəbdən də sui-qəsdin Trampın mümkün prezidentliyinə xəbərdarlıq olduğunu söyləyə bilərik”, - deyə “Haber 7”-də bildirilib.
Roza Şəfiyeva