28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İstanbulda kilsəyə hücum edənlər saxlanıldı

28 yan 2024 21:00
GÜNDƏM
ads
Advertisement

Türkiyənin İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən hər iki şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumat verib.

“Bu səhər Sarıyer “Santa Maria” Kilsəsində bazar günü ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik edirəm. Həyatını itirən vətəndaşımızın ailəsinə və yaxınlarına bir daha başsağlığı verirəm”, - paylaşımda deyilir.

xxx

23:00

Türkiyə polisi İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən iki nəfərdən birini saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Qeyd edək ki, hadisə bu gün yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən “Santa Maria” kilsəsində bazar ibadəti zamanı baş verib.

Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni pisləyiblər.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya cinayətkarların saxlanılması istiqamətində İstanbul Valiliyi, Polis və Kəşfiyyat təşkilatları başda olmaqla ölkənin bütün təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini deyib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur