29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Rus ekspert "Qarabağ"ın oyununa proqnoz verdi: Əlavə vaxt olacaq və...

14 mar 2024 09:00
İDMAN
ads

Rusiyalı futbol eksperti Yevgeni Korostelev Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Bayer” - “Qarabağ” oyunu ilə bağlı proqnozunu bölüşüb.

Publika.az xəbər verir ki, o, Azərbaycan təmsilçisinin Bakıda ilk oyundakı kimi rəqibinə problem yaradacağını düşünür:

"Bayer" bu mövsüm eyni anda üç turnir qazana bilər. Bu yolda Xabi Alonsonun komandası unikal və çox güman ki, hər mənada təkrarolunmaz nailiyyətə imza atmağa yaxındır. Söhbət mövsümü məğlubiyyətsiz keçirməkdən gedir. Almaniya klubunun seriyası artıq 36 matçdır davam edir. Düşünmək olar ki, bu gecə də seriya davam edəcək.

Bakıdakı matçın ikinci hissəsində 2:0 hesablı üstünlüyünü qoruyub saxlaya bilməyən "Qarabağ" əslində bir həftə əvvəl şansını əldən verib. Azərbaycanlıların dünyanın ən tərs komandasını məğlub etməsinə cəmi beş dəqiqə qalmışdı. Üstəlik, “atlılar” hesab arasındakı fərqi böyüdüb, rəqibə xeyli problem yarada bilərdi. Birinci hissədə doqquz zərbə vurdular, ikinci buraxılmış qola qədər isə təkbətək epizodda fərqlənə bilmədilər.

Bakıda 2:2 hesabı qeydə alınıb. Bu dəfə də oxşar nəticə gözləmək olar. Və əlavə vaxt ev sahibləri üçün uğurlu alına bilər".

Qeyd edək ki, “Bayer” - “Qarabağ” oyunu bu gün, saat 00:00-da "BayArena"da keçiriləcək.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur