29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Zurabişvili İlham Əliyevi təbrik etmədi: Gürcüstan ayağa qalxdı

12 fev 2024 11:00
GÜNDƏM
ads

Gürcüstanın baş nazirinin müavini Tea Tsulukiani hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib ki, prezident Salome Zurabişvili İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik etməkdən çəkinməklə ölkəyə ziyan vurur.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Cənab Əliyevi qələbə münasibətilə təbrik etməkdən çəkinən Gürcüstan prezidentinin susması, məncə, dövlətimizə ziyan vurur. Biz hamımız prezidentimizə xatırlatmaq istəyirik ki, bu, son illərdə geosiyasi və təhlükəsizlik risklərinin artdığı regiondur”, - deyə Tsulukiani əlavə edib.

Gürcüstanın müdafiə naziri İrakli Çikovani əlavə edib ki, sadə diplomatik etiket belə bir təbrikin səsləndirilməsini tələb edir. “Prezidentin bu istiqamətdə göstərdiyi fəaliyyətsizlik mənim üçün anlaşılmazdır, çünki hamı başa düşür ki, bizim Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığımız və əməkdaşlığımız var”, - deyə siyasətçi bildirib.

Bundan əvvəl “Xalqın Gücü” ictimai hərəkatının deputatı Sozar Subari “ İmedi” telekanalına müsahibəsində Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini ölkəyə qarşı düşmənçilikdə ittiham etmişdi.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur