Kürdəmirdə 45 yaşlı qadın kimyəvi maddə içərək zəhərlənib.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, hadisə rayonun Yeni Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü Telnurə Şıxməmməd qızı Həmidova səhvən su əvəzinə kimyəvi maddə içib.
Yaxınları T.Həmidovanı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər ona ilkin tibbi yardım göstəriblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az