28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İran SEPAH-ın dili ilə ETİRAF ETDİ: "İsrailə qarşı cavab zərbəsi..."

20 avq 2024 21:00
GÜNDƏM
ads

"İranın İsrailə cavab zərbəsi tezliklə baş tutmaya bilər".

QÜTB.AZ "Reuters"ə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi general-mayor Əli Məhəmməd Naeini brifinqdə deyib.

"Vaxt bizim tərəfimizdədir və bu cavabın gözləmə müddəti uzun ola bilər", - Naeini deyib.

Eyni zamanda o vurğulayıb ki, düşmən hesablanmış və dəqiq cavab gözləməlidir və İran İslam ResQutb.azsının hərəkətləri əvvəlki əməliyyatların təkrarı olmaya bilər.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı qonaq evinə hücumdan sonra başlayıb. Evin İsrail raketi ilə vurulduğu iddia edilir. Haniyə ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.

HƏMAS hadisəyə görə İsraili günahlandırır. İsrail də öz növbəsində rəsmi olaraq məsuliyyəti qəbul etməyib.

Bundan əvvəl ABŞ-ın bölgəyə hərbi resursları ötürməklə İranın İsrailə hücumuna hazırlaşdığı bildirilirdi.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur