01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Bakı-Qazax yolunda AĞIR QƏZA: xəsarət alanlar var

27 yan 2024 22:00
HADİSƏ
ads

Bakı – Qazax – Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Publika.az xəbər verir ki, hadisə nəticəsində iki Türkiyə vətəndaşı – 1970-ci il təvəllüdlü Bekar Atəş Asan oğlu və 1990-cı il təvəllüdlü Ramazan Taş Abdulla oğlu xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində 3 TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.

xxx

Yanvarın 27-si axşam saatlarında Bakı – Qazax – Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə sonuclanan yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur