Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Publika.az xəbər verir ki, günün ilk matçı Bakıda olacaq. Yarışın son qalibi “Qəbələ” “Araz-Naxçıvan”ın müqavimətini qırmağa çalışacaq.
Günün ikinci görüşü isə Sumqayıtda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək.
Qeyd edək ki, ötən gün keçirilən ilk oyunlarda “Zirə” səfərdə “Səbail”i 2:1, “Qarabağ” “Sabah”ı 7:1 hesabı ilə məğlub edib.
Azərbaycan Kuboku: 1/4 final mərhələsi, ilk oyunlar
31 yanvar
16:00 Araz-Naxçıvan – Qəbələ
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Dalğa Arena”
19:00 Sumqayıt – Neftçi
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”
Heybət