23.02.25 | Bakı -0.97° C |
10:06:25
Lent :

Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA

22 fev 2025 17:00
GÜNDƏM
ads

Ölkəmizdə hər keçə il nikah saylarının azalması ilə yanaşı boşanma sayları da artmağa davam edir. Dövlət Statistika Komitəsinin 2023-cü il statistikasına əsasən, ölkəmizdə həmin il 21 688 boşanma sayı qeydə alınıb. 

Qutb.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə 18-19 yaşlı evli tərəflər arasında isə 4 boşanma halı qeyd alınıb kimi ki, bu da evlilik müddəti 5 ilə qədər davam edən cütlükləri əhatə edir. 

Nikahın davametmə müddətinə görə ölkəmizdə ən çox boşanma evlilik müddəti 10-19 ili əhatə edən cütlüklər arasında baş tutub. Belə ki, 5 ilə qədər evli qalaraq boşananların ümumi sayı 5814, evlilik müddəti 5-9 il olanlar arasında boşanma sayı 5805 nəfəri əhatə edir, evlilik müddəti 10-19 il olan cütlüklər arasında boşanma sayı isə 7735-dir. Boşananların ümumi statistikası içərisində ən az boşananalar evlilik müddəti 20 il və daha çox olanlardır. 

10-19 il müddətinə evli olanlar arasında ən çox boşananlar 35-39, 40-44 yaşlı cütlüklərdir. Evlilik müddəti 5 ilə qədər, həmçinin 5-9 il olan cütlüklər arasında 30-34 yaşlı cütlüklər daha çox boşanıb. 20 il və daha çox evli olanlar arasında isə 50-54 yaşlı cütlüklər arasında boşanma daha çox qeydə alınıb. 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-0.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur