Ukraynanın Xerson vilayətində Rusiyanın işğalında qalan ərazidə tankdan açılan atəş nəticəsində kənd təsərrüfatı ilə məşğul olan iki Azərbaycan vətəndaşı həlak olub.
Milli.Az bildirir ki, həmyerlilərimiz Zərdab rayon sakinləri - 1992-ci il təvəllüdlü Orxan Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Qədirlidir.
İşğal olunmuş tərəfdəki mənbələrdən məlum olub ki, 1992 və 1995-ci il təvəllüdlü O.Əzizli ilə R.Qədirli Ukraynada kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olublar.
Xerson vilayəti Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirildikdən sonra onlar işğal olunmuş əraziləri tərk etməyiblər və işlərinə davam ediblər.
Hadisə baş verən gün onlar işğal altındakı Aleşki şəhərindən Krıma tərəvəz aparırmış. Gecə komendant saatı zamanı tank yük maşınına atəş açıb.
Rusiya hərbçiləri işğal olunmuş zonanın yollarında pul tələb edir, yük maşını sürücülərindən gediş haqqı alır. Görünür, ruslar soydaşlarımızla razılaşmayıb və bu dəhşətli cinayət baş verib.
Milli.Az