İtaliya A Seriyasının “Udineze” - “Milan” matçında xoşagəlməz hadisə yaşanıb.
Publika.az xəbər verir ki, görüşün 32-ci dəqiqəsində “rossonyerilərin” qapıçısı Mayk Menyana qarşı azarkeşlər tərəfindən irqçi şüarlar səsləndirilib.
Fransız məsələ ilə bağlı baş hakimə şikayət edib. Görüş yarımçıq dayandırılıb və “Milan” heyəti soyunub-geyinmə otağına yollanıb.
Bir müddət sonra oyun yenidən davam etdirilib.